Tovuzda qatar orta yaşlı kişini vuraraq öldürüb- FOTO
    • 5-11-2018, 10:41
    • 874

Tovuzda qatar orta yaşlı kişini vuraraq öldürüb- FOTO

Tovuz rayonunda orta yaşlı kişini qatar vuraraq öldürüb.

Hadisə dəmir yolu xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

//Report.az