SON DƏQİQƏ: Bakıda qatar taksini vurdu, 5 nəfər xəsarət aldı
    • 29-07-2019, 13:24
    • 2 043

SON DƏQİQƏ: Bakıda qatar taksini vurdu, 5 nəfər xəsarət aldı

Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub. 

News24.az Report-a istinadən xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub: "Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır".