Azərbaycanın daha 13 müəssisəsi Rusiyaya pomidor və alma ixrac edəcək
    • 23-01-2021, 15:47
    • 705

Azərbaycanın daha 13 müəssisəsi Rusiyaya pomidor və alma ixrac edəcək

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

News24.az xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr nəticəsində 25 yanvar 2021-ci il tarixindən " Novas Agro " MMC, " Techno Aqro " MMC, “Cavid” MMC, fiziki şəxs İslamzadə Bəhruz Sərdar oğluna, İbrahimova Şəfəq Firudin qızına, Hüseynov Şakir Nəbi oğluna məxsus müəssisələrdən pomidor, “Soyuzaqrokontrakt” MMC, “Amoris” MMC, "D. fruits fermer təsərrüfatı" MMC, “Qrant Garden” MMC, “Agrarco” MMC, “Ecofruit” MMC, "Yaşıl Bağlar" MMC müəssisələrindən alma məhsulunun Rusiya Federasiyasına ixracına icazə verilib.

Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.

Xatırladaq ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 39 pomidor, 10 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.