Ceyranların ən çox yayıldığı yer Şirvan Milli Parkıdır - ETSN
    • 26-01-2021, 16:45
    • 603

Ceyranların ən çox yayıldığı yer Şirvan Milli Parkıdır - ETSN

“Ceyranların ən çox yayıldığı yer Şirvan Milli Parkıdır”. 

News24.az-ın məlumatına görə, bunu “Ekspert Saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O bildirib ki, artıq Acınohur çölünə də ceyranların buraxılışı təşkil edilib: “Yaxın günlərdə 20 baş ceyran Acınohur çölünə buraxılıb. Orada ümumi ceyran sayı 260 başı keçib”.

O qeyd edib ki, populyasiyanı Şirvan Milli Parkından digər ərazilərə ötürməklə ceyranların sayının nisbətən çoxaldılması nəzərdə tutulub.