Onlayn müsahibələrə elektron qeydiyyat başa çatdı
    • 28-01-2021, 12:40
    • 349

Onlayn müsahibələrə elektron qeydiyyat başa çatdı

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən News24.az-a 25-27 yanvar tarixlərini əhatə edən elektron sənəd qəbulunda 3118 nəfər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Elektron müraciətini təsdiq etmiş namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz: