-
- 28-01-2021, 23:17
- 380
Badamdardakı sürüşmənin SƏBƏBİ AÇIQLANIB
“Hazırda mütəxəssislər Badamdar yolunun 7 km-nə gedən yolun sağ yamacında baş verən sürüşmə prosesi ilə bağlı ilkin müşahidələr aparır”.
Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib.
Onun sözlərinə görə, sağ yamacda çox böyük süxur kütləsi aşağı sürüşüb:
“Sürüşmənin dilinin minimal hündürlüyü 90 sm-dən yuxarıdır və yolun aşağı sol sahilində tikilmiş restoran binasının qarşı tərəfində artıq bəzi dağıntılar baş verib”.
Xidmət rəisi qeyd edib ki, ilkin müşahidələrə görə yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar kütlənin təsiri ilə dayanıqlığını itirib:
“Nəticədə süxur aşağı sürüşüb. Süxurlar göründüyü qədər islanmış süxurlardır. İlkin müşahidələrə görə süxur kütləsinin altından su sızması müşahidə olunmaqdadır”.