Badamdarda evlərin hasarlarındakı çatların üzərində mayaklar quraşdırılıb - VİDEO
    • 15-10-2018, 12:55
    • 862

Badamdarda evlərin hasarlarındakı çatların üzərində mayaklar quraşdırılıb - VİDEO

"Oktyabrın 15-i saat 12:00-a olan məlumata görə, Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir".

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, nazirliyin ərazidə yaratdığı Qərargahda olan əməkdaşlar ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulmuş gips mayaklarda dəyişiklik müşahidə etməyib.
"Oktyabrın 14-dən 15-nə keçən gecə Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edib".

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, gecə saatlarında nazirlik əməkdaşları sürüşmənin qarşı tərəfində olan yaşayış evlərinin hasar divarlarındakı çatların üzərində gips mayaklar quraşdırıblar: "Mayaklar oradakı gərginlik və dinamikanın müşahidə edilməsi üçün quraşdırılıb".
Nazirlik rəsmisi qeyd edib ki, qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirirlər.
Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.