Milli Geoloji Kəşfiyyat Xidmətindən sürüşmə ilə bağlı açıqlama
    • 29-01-2021, 10:36
    • 323

Milli Geoloji Kəşfiyyat Xidmətindən sürüşmə ilə bağlı açıqlama

"Badamdarda baş verən sürüşmə prosesi əsasən tabe amillərin təsirindən yaranıb".

Bunu News24.az-a Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov bildirib.

"Ərazinin geoloji quruluşanda iştirak edən süxurların yuyulmaya həssaslığı, maili yamacın olması və son aylar əraziyə düşən atmosfer yağıntıları bu prosesi qaçılmaz edib", - o, əlavə edib.

R.Həsənov deyib ki, proses nəticəsində hazırda ərazidə tədqiqat işləri aparılır:

“Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə araşdırmalara davam etdirilir. Ərazidə təbii amillərdən başqa təsirlər də var. Belə ki, yamacın yuxarı hissəsində təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib”.