Həyətdə ikibaşlı ilan tapdılar… – Fotolar
    • 20-10-2018, 14:45
    • 883

Həyətdə ikibaşlı ilan tapdılar… – Fotolar

ABŞ-ın Kentuki ştatının təbiəti mühafizə qurumunun əməkdaşları bildiriblər ki, ikibaşlı mokassin ilanı ştatın Vəhşi Təbiət Mərkəzində ictimaiyyətə nümayiş etdiriləcək.


Qurumdan verilən açıqlamada bildirilir ki, ikibaşlı ilan bu ayın əvvəllərində vəhşi təbiətin qoynunda dünyaya göz açıb.

Daha sonra bir ailə ilanı öz həyətində görüb. Ailə ilanı Salato Vəhşi Təbiət Təhsil Mərkəzinə hədiyyə edib.

“Mən 2-3 ildən bir ikibaşlı ilanla rastlaşıram, amma ikibaşlı mokassin ilanını ilk dəfədir ki, görürəm”,- deyə Kentuki Balıqçılıq və Vəhşi Təbiət Departamentinin əməkdaşı Con Makqreqor bildirib.