Göyçayda evin həyətindən nəhəng ilan aşkarlanıb - FOTO
    • 27-07-2019, 14:08
    • 914

Göyçayda evin həyətindən nəhəng ilan aşkarlanıb - FOTO

Göyçay rayonunda nəhəng ilan evə hücum edib.

Hadisə iyulun 26-da saat 21:30 radələrində rayonun Birinci-Ərəbcəbirli kəndndə qeydə alınıb.

Belə ki, kənd sakini Cavid Həşimov həyətlərinə soxulan bir metrlik ilanı zərərsizləşdirmək üçün əvvəlcə avtomobili ilə onun üzərindən keçib. O, daha sonra çomaq vasitəsi ilə ilanı öldürüb.

C.Həşimovun sözlərinə görə, əvvəlcə zəhərli ilanı həyətlərində görüncə qorxuya düşüb, lakin özünü itirməyib və ilanı öldürüb. /report/