Azərbaycanlı müğənninin üstündə dava düşdü - FOTOLAR
    • 1-02-2021, 12:16
    • 499

Azərbaycanlı müğənninin üstündə dava düşdü - FOTOLAR

Rusiyada yaşayan həmyerlimiz məşhur müğənni Nəvai Bəkirov xanımlar arasında mübahisəyə səbəb olub.

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Moskvada yerləşən barların birində yaşanıb. 

"HammAli & Navai" qrupunun solisti olan Nəvai öz rəfiqəsilə gəcə bara gedib. Burada bir çox xanımlar azərbaycanlıya yaxınlaşaraq ona diqqət göstəriblər. Onlardan biri də aktrisa, model və "Mobil sarışınlar" qrupunun keçmiş üzvü Svetlana Stepanovskaya olub. Nəvaini digər xanımlara  qısqanan rəfiqəsi bütün hirsini modeldən çıxarıb.

Əlbəyaxa döyüş zamanı Svetlana kəllə-beyin travması, döş qəfəsi nahiyəsindən zədə alıb, üzü-gözü cızılıb. Zərərçəkmiş təcili yardım vasitəsilə hadisə yerindən aparılıb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Sevda Bayramova