Bakıdakı  ilk konsert möhtəşəm sevgiylə qarşılandı
    • 14-05-2019, 12:09
    • 1 119

Bakıdakı ilk konsert möhtəşəm sevgiylə qarşılandı

Ötən həftə Elektra Events Hall-da Rusiyada məşhur olan azərbaycanlılardan ibarət (Aleksandr Əliyev və Nəvai Bəkirov) HammAli&Navai rep duetinin konserti baş tutub.

News24.az xəbər verir ki, duet Bakıda ilk dəfə olaraq çıxış edirdi və ətrafına 3000-n çox tamaşaçı toplamışdır. Moskvada yaşayan ifaçılar. MDB musiqi sərhədlərində “PUSTİTE MENYA NA TANSPOL” (Məni rəqs meydançasına buraxın) adlı hiti ilə məşhurlaşıblar (YouTube-də baxışlar 100 milyona çatıb).
 
Duet ortaqları mahnılarını ifa etdikcə, zalda olanlar, demək olar ki, bütün mahnıları onlarla bərabər ifa edirdilər. Konsetin sonunda isə Ali və Navai yenə də tamaşaçılarla bərabər olaraq Səməd Vurğunun “Azərbaycan” şeirini oxudular.

Aleksandr Əliyev qeyd etdi ki, Bakıda keçirilən konsert ən çox möhtəşəm keçdi... Biz harada oluruqsa olaq, ulu öndərin sözləri bizimlə olmalıdır – “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycalıyam”. Və bu sözləri səsləndirərək, ifaçılar səhnəyə Azərbaycan Bayrağı ilə çıxdılar. Gurultulu alqışlar müşaiyyəti ilə HammAli əlavə edərk dedi – “Biz möhtəşəm və böyük bir millətik”.

Onu da qeyd edək ki, konsert JARA Live layihəsi çərçivəsində keçirilib.