"Çox şükür bu günü də gördük" - RESTORANLAR AÇILDI - VİDEOREPORTAJ
    • 1-02-2021, 18:49
    • 541

"Çox şükür bu günü də gördük" - RESTORANLAR AÇILDI - VİDEOREPORTAJ

Azərbaycanda bu gündən etibarən ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunub. Müştərilər sözügedən yerlərə səhər saatlarından gecə saat 00:00-dək gedə bilərlər. Bu yerlərdə pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

News24.az olaraq mövzunun aktuallığını nəzərə alıb, bir sıra iaşə obyektlərinə üz tutduq və oradan videoreportaj hazırladıq:

Müşahidələrimiz əsasında onu deyə bilərik ki, yumşalmaların tətbiq olunduğu ilk gün olmasına baxmayaraq, şəhərdə və restoranlarda canlanma hiss olunur. Sahibkarlar yaranan vəziyyətdən xeyli məmnun olduqlarını, əvvəlki onlayn sistemə qayıtmaq istəmədiklərini bildiriblər. Müştərilər isə restoranların açılmasına çox sevinirlər.

Qeyd edək ki, şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.

Sevda Bayramova
VİDEO - Fərid Şabanov