ETSN: Laçın ərazisində çoxlu sayda faydalı qazıntı yataqları var
    • 2-02-2021, 16:48
    • 618

ETSN: Laçın ərazisində çoxlu sayda faydalı qazıntı yataqları var

“Laçın rayonu ərazisində çoxlu sayda faydalı qazıntı yataqları var. Laçın eyni zamanda çoxsaylı mineral bulaqların olması ilə fərqlənir”.

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.

Xidmət rəisi qeyd edib ki, rayonda qarışıq və zəngin faydalı qazıntı yataqları var: “Hesab edirəm ki, bütün bunlar ən yaxın zamanlarda orada müxtəlif dağ-mədən sənayesinin qurulmasına və inkişaf etdirilməsinə xidmət edəcək”.