-
- 4-02-2021, 18:38
- 775
Bu sahələrdə QİYMƏTLƏR ARTACAQ – EKSPERTLƏR AÇIQLADI
Son vaxtlar Azərbaycanda benzin, dizel və suyun bahalaşması xalq tərəfindən birmənalı qarşılanmadı. İnsanları narahat edən məqam isə bu tendensiyanın davamlı olub-olmamasıdır. Qiymət artımlarına uyğun zəminin formalaşması da xalqı bu fikirə yönəlməyə sövq edir.
Bəs, görək, ekspertlər necə düşünür? Qiymət artımları davamlı olacaqmı?
News24.az məsələ ilə bağlı iqtisadçıların fikirlərini öyrənib.
Rəşad Həsənov bildirib ki, qiymət artımları ilə bağlı məsələ davamlı proses olacaq:
“Sadəcə burada zaman məsələsi var. Dövlətin təbii inhisarında olan sahələrdə qiymətlər artır. Bu qiymətlərin yüksəlməsi mağaza xidmətlərinin maya dəyərini də yüksəldir. Təbii ki, bu gün alıcılıq gücünün zəif olması bazarda müəyyən təzyiqlər formalaşdırır. Bizim bazarda rəqabət olmadığı üçün təklif edilən mağaza xidməti rahat şəkildə qiymətini artıra bilir. Əhalinin istehlak gücünün zəif olması ciddi effekt yaratmır.
Rəqabətli mühitdə sahibkar çalışır ki, mümkün qədər müştəri bazasını qoruyub saxlasın. Çünki itirdiyi müştəri digər şirkətə keçir. Bazarda inhisarçılıq varsa, bu, rahat şəkildə qiymət artımına zəmin formalaşdırır. Burada bir məsələ də var. Kütlə psixologiyasını xüsusi vurğulamalıyıq. Dövlətin təbii inhisarçı olduğu sahələrdə qiymətlərin artması insanlarda bütün sahələrdə bu prosesin təkrarlanacağı ilə bağlı gözləntilər formalaşdırır. Müəyyən zaman çərçivəsində vətəndaşlar bunu həzm edir. Şirkətlər daha rahat şəkildə ictimai təzyiqlə, reputasiya itkisi və narazılıqla üzləşmədən qiymətləri rahat artırırlar. Şirkətlər bu prosesi reallaşdırarkən, müəyyən şablonlar hazırlayır. Məsələn, xərclərin və maya dəyirinin artımını qeyd edə bilərik.
Bəzi şirkətlər qısamüddətli dövrdə bu qərarı qəbul edə bilirlər. Bu, şirkətin qiymət siyasətindən asılı olaraq dəyişə bilir. Gündəlik tələbat malları və ərzaq məhsulları daha sürətli bahalaşa bilir. Çünki zəruri tələbata aiddir. Müəyyən dövr üçün lüks kateqoriyalı malların qiyməti artmaya bilər. İndiki halda alıcılıq gücünün aşağı olması lüks məhsullar bazarında tələbin aşağı olmasını şərtləndirir. Bu proses orta və uzunmüddətli dövrlərdə bütün mağaza xidmətlərinin qiymətini artıracaq”.
Şəffaflıq...
İqtisadçının fikrincə, hökumətin məsələyə yanaşması mümkün qədər dövlət büdcəsi üzərində maliyyə yükünün azaldılması istiqamətindədir: “Korrupsiyanın aradan qaldırılması, itkilərin minimuma endirilməsi məsələnin yükünü azalda bilər. Ancaq ən asan yola əl atılaraq, qiymət artırılır. Ola bilsin ki, yaxın dövrlərdə digər sahələrdə də qiymət artımını müşahidə edək. Xüsusən dövlətin təbii inhisarçı olduğu və büdcədən subsidiya ödəniliydiyi sahələrdən söz gedir".
Pərviz Heydərov ilk olaraq bildirib ki, bazar iqtisadiyyatı sistemində qiymətləri inzibati yollarla artırmırlar:
“Bunu bazar özü müəyyən edir. İstər istehlak, istərsə də yanacaq məhsullarını buraya nümunə deyə bilərik. Bir sıra sahələrdə qiymətlər dövlət tərəfindən tənzimlənir. Enerji sahəsi də məhs birbaşa dövlətə məxsusdur. Qeyd olunan məhsullar üzrə qiymətlərin təyin olunması, dəyişdirilməsi təbii hesab olunur. Əks təqdirdə qlobal bazarın öhdəliyinə buraxılsa, qiymətlər indikindən daha yüksək ola bilər. Bunu qəbul edirəm, amma burada bir nüans var. Vətəndaşlarımız başa düşməlidir ki, sözügedən sahələrdə 3-4 ildən bir qiymətlərə baxılması, nəzərdən keçirilməsi və ya artırılması təbii hesab olunmalıdır. Yalnız tarif siyasəti ilə dövlətin nəzarətində olan qurumlarda idarəetmədə olan effektsizlik, çatışmazlıq və maliyyə sahəsində olan problemləri öz fəaliyyətlərində birbaşa dövlətə arxayın olma kimi çox mənfi bir sindromu aradan götürmək mümkün deyil”.
Bu qurumlar tələb etməkdən başqa bir işə yaramır
İqtisadçı tələbin yüksəlməsi ilə bağlı Azərbaycanda Aİ-92 markalı benzin və dizelin qiymətinin artmasına o qədər də tənqidi yanaşmadığını deyib: “Ancaq suyun qiymətinin ikiqat artması birmənalı xoş münasibət bəslənəcək məsələ deyil. Çünki “Azərsu” dövlət büdcəsinə kifayət qədər gəlir verməli olan qurumlardan ibarətdir. Amma real vəziyyət ondan ibarətdir ki, “Azərsu” bütövlükdə dövlət tərəfindən ən çox maliyyə yardımı alan qurumlardan biridir. Bu paradoks ötən ilin avqust ayının 6-da ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı dövlət başçısı tərəfindən keçirilən müşavirədə açıq qeyd olundu. Prezident açıq dedi ki, bizim bir çox dövlət qurumlarımız bütün fəaliyyətlərində dövlətə arxayındılar. SOCAR ən gəlirli qurumlardan biridir. Ancaq ora da dövlətdən maliyyə ayrılır. “Azərsu”, “Azərenerji”, “Azərişıq” ASC və digər qurumlarda köklü halda çatışmazlıqların olması Prezident səviyyəsində tənqid olunub. Belə bir şəraitdə təkcə qiymət siyasəti və tarif dəyişikliyi ilə problemləri həll etmək absurd görünür. “Azərsu”nun idarəetməsində qeyri-şəfaflıq var. Bu qurumlar bütövlükdə öz fəaliyyətlərində dövlət büdcəsinə arxayındılar. Qiyməti artırmaqla bu qurumların dövlət büdcəsinə asılılığı aradan qalxan deyil. Yeganə çıxış yolu ondan ibarətdir ki, sözügedən qurumlarda ciddi islahatlar aparılsın və idarəetmə dəyişdirilsin”.
Samir Əliyev əvvəlcə dizelin bahalaşmasının hansı sahələrə təsir etdiyindən söz açıb:
“Kənd təsərrüfatının daşıma xərcləri dizellə bağlıdır. Dizelin bahalaşması taksi xidmətlərində də özünü büruzə verəcək. Azərbaycanda kiçik və orta sahibkarların daşınma maşınlarının hamısı Aİ-92 markalı benzinlə işləyir. Kənd təsərrüfatı və daşınma xərcləri artır və bu da malın maya dəyərinə təsir edir. Tarif Şurası növbəti mərhələdə yəqin ki, elektrik enerjisi, nəqliyyat və qaz kimi sektorlarında artım edə bilər. Bu sektorlarda qiymət qalxandan sonra iqtisadiyyatın bütün sahələrində təsir hiss edəcəyik. İlk növbədə ictimai iaşə obyektlərində qiymət artımı olacağını gözləyirəm. Qeyri-ərzaq sektorunda ciddi artımın olacağına inanmıram. Hələ ki əhali əsas diqqəti ərzağa yönəldib. Toy olmadığı üçün insanlar geyimə o qədər də diqqət etmir. Ancaq gömrüklə bağlı qərarın məhdudiyyətini nəzərə alsaq, ola bilsin ki, yaxın dövrdə malların qiymətində də artım olsun”.
Ekspert vurğulayıb ki, bir vətəndaş olaraq qiymət artımını düzgün hesab etmir, ancaq iqtisadçı kimi məsələyə yanaşdıqda, bu, labüddür: “Biz ölkədə bazar iqtisadiyyatından asılıyıq. Qiymətlər tələb və təklif və xərc əsasında formalaşır. Sahibkarın xərci çoxalırsa, o məcburdur ki, malını bahalaşdırsın. Çünki sahibkar maaş verməlidir, gəlir əldə etməlidir, biznesini genişləndirməlidir. Sahibkara xərcləri artdığı halda qiyməti qaldırma deyə bilməzsən. Bu, yanlış yanaşmadır. İnzibati qaydada qiymət artımının qarşısı alındıqda, sahibkar bağlanır. Yəni, sahibkarın subyektləri sıradan çıxır. Sahibkarın subyektinin sıradan çıxması tam itkidir. Birinci iş yerləri bağlanır, ikinci dövlət, üçüncü isə iqtisadiyyat itirir. Biz düşünməliyik ki, necə edək ki, qiymətlər qalxmasın? İnzibati yox, iqtisadi yollarla qeyri-rəsmi xərcləri aradan qaldırmalıyıq. Sahibkar nə qədər çox pul xərcləsə, hamısı malın qiymətinə təsir edir və onu biz ödəyirik. Deməli, bu xərclər azaldılmalıdır.
Sahibkara təzyiq elə xalqı sıxmaqdır
Korrupsiyanın aradan qaldırılması, qeyri-rəsmi ödənişlərin ləğv edilməsi, istər gömrük, istərsə də vergi rüsumlarının azaldılması kimi addımlarla məsələni həll edə bilərik. Sahibkarın işığının, suyunun, nəqliyyatının xərcini artırdıqda, o da məcbur olub, qiyməti qaldıracaq.
İşçinin stimullaşdırılması və məhsuldarlığının yüksəldilməsi üçün əmək haqqının artırılması çox vacibdir. Kadr yetişdirib, qaneedici əmək haqqı verməsən, təbii ki, başqa yerə üz tutacaq. Nəticədə sən itirirsən. Əmək haqqının artımı əhalinin xərclərinin artımını üstələyə bilmirsə, məhsuldarlıq aşağı düşür”.
Məhərrəm Əliyev