Əməkdar məşqçi Səyavuş Aslanın küçələrdə yatan oğluna SAHİB ÇIXDI
    • 5-02-2021, 11:55
    • 1 023

Əməkdar məşqçi Səyavuş Aslanın küçələrdə yatan oğluna SAHİB ÇIXDI

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz çox pis vəziyətdədir. O, evsiz qalıb və küçələrdə yatır. Çingiz yardım üçün "Elgizlə izlə" verilişinə müraciət edib. 

News24.az xəbər verir ki, "Elgizlə izlə" proqramı spirtli içki aludəçisi olan Çingizi xəstəxanaya yerləşdirib. 21 gün müalicə aldıqdan sonra o, yenidən əvvəlki həyatına qayıdıb.

Verilişə zəng edən və adının açıqlanmasını istəməyən Əməkdar məşqçi Çingizə sahib çıxıb: "Bizim böyük idman mərkəzimiz var, ora yerləşdirmək istəyirik. Həm ora nəzarət etsin, həm də yemək verək".

Sevda Bayramova