Rusiyalı məşhur cütlük KORONAVİRUSA YOLUXDU
    • 8-02-2021, 13:11
    • 466

Rusiyalı məşhur cütlük KORONAVİRUSA YOLUXDU

Rusiyalı prodüser İosif Priqojin və vəyat yoldaşı müğənni Valeriyada koronavirus aşkarlanıb.

News24.az TASS-a istinadən xəbər verir ki, cütlük virusa Dubay səyahəti zamanı yoluxublar. İ.Priqojin Dubayda müalicə olunduğu açıqlayıb:"Valeriya da xəstələndi, amma Allaha şükür, daha yüngül keçirdi. İndi biz Moskvadayıq və vaxtında peyvənd olunmadığım üçün çox təəssüflənirəm. Britaniya ştammı aşkarlandı. Evə qayıda biləcəyimə ümidim yox idi".