Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxıldı
    • 8-02-2021, 16:24
    • 751

Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxıldı

Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

News24.az xəbər verir ki, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb. /APA/