Demokratlar və Respublikaçılar Trampın impiçmenti ilə bağlı RAZILIĞA GƏLDİ
    • 9-02-2021, 11:03
    • 335

Demokratlar və Respublikaçılar Trampın impiçmenti ilə bağlı RAZILIĞA GƏLDİ

ABŞ Senatındakı Demokratlar və Respublikaçıların liderləri Çak Şumer və Mitç Makkonell ABŞ-ın keçmiş prezdidenti Donald Trampın impiçment proseduru qaydaları barədə razılığa gəliblər.

News24.az CNN-ə istinadən xəbər verir ki, müvafiq bəyanatı Senatda Demokratlar Partiyasının lideri Çak Şumer edib.

Razılaşmaya əsasən proses 9 fevralda başlayır. Əvvəlcə dörd saatlıq debat baş tutacaq və bu müddətdə ABŞ-ın keçmiş prezidentinə qarşı impiçment prosedurunun konstitusiyaya uyğunluğu müzakirə ediləcək. 

Ç.Şumer bu dinləmələrin formatını son dərəcə ədalətli adlandırıb.

Makkonell əlavə edib ki, qaydalara əsasən həm ittimamçıya, həm də müdafiə tərəfinə bərabər vaxtveriləcək.