İlham Əliyev hərbi qulluqçuları TƏLTİF etdi - SİYAHI
    • 7-03-2019, 14:46
    • 1 165

İlham Əliyev hərbi qulluqçuları TƏLTİF etdi - SİYAHI

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

News24.az xəbər verir ki, sərəncama əsasən Daxili İşlər Nazirliyi Qoşunlarının yaradılmasının 27-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif ediliblər: “İgidliyə görə” medalı ilə Xudiyev Vilayət Yunus oğlu – leytenant (ölümündən sonra) Qasımov Elşən Oruc oğlu – əsgər (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə Abdullayev Namiq Yədulla oğlu – polkovnik Bayramov Kamal Damad oğlu – polkovnik-leytenant Əliyev Yaşad Ayıl oğlu – polkovnik-leytenant Əsgərov Zöhrab Əvəzağa oğlu – polkovnik-leytenant Fərəcov Fariz Mirzağa oğlu – polkovnik-leytenant İbrahimov Əfqan Musa oğlu – polkovnik-leytenant Məmmədov Emin Arif oğlu – polkovnik-leytenant Musayev Alışan Həbosət oğlu – tibb xidməti polkovnik-leytenantı Umudəliyev Vaqif Rəşaiq oğlu – polkovnik-leytenant Yusubov Natiq Yusif oğlu – polkovnik-leytenant Rəhimov Zaur Şirinbəy oğlu – mayor Rizvanov Anar Tofiq oğlu – mayor Seyidov Orxan Mir Qafar oğlu – kapitan Rüstəmov Elçin Kərəm oğlu – baş gizir.