İngilis nazir görün, Bakıda hara getdi - FOTO
    • 9-02-2021, 15:40
    • 673

İngilis nazir görün, Bakıda hara getdi - FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında yerləşən “Azad qadın” heykəlinin qarşısında şəkil çəkdirib.

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz tvitter hesabında məlumat verib.

“Görüşlərarası qısa bir vaxtımız oldu və nazir Vendi Morton daim azadlığa, yeniliyə, inkişafa və tərəqqiyə can atan müasir Azərbaycan qadınının rəmzi olan “Azad qadın” heykəlinə baş çəkdi”, - deyə səfir yazıb. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.