“Peyvəndləməni təmin etsək, mutasiyalar azalacaq”
    • 11-02-2021, 16:41
    • 425

“Peyvəndləməni təmin etsək, mutasiyalar azalacaq”

“Əgər “COVID-19”la bağlı əldə olunan peyvəndlər təsirli olmasa, yeni versiya peyvəndlərin hazırlanması mümkündür”. 

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı bildirib. 

O qeyd edib ki, bu vaksinlərin hazırlanma texnologiyası eynidir, orada müəyyən dəyişikliklər etmək lazımdır: “Vaksinlər tam qorumasa belə keçirilən xəstəlik yüngül olur. Hazırda koronavirusla bağlı mutasiyaların sayı artır. Mutasiya toplandıqca nəzəri olaraq virusun xüsusiyyətləri, immunogenliyi və sair dəyişir. Hələ ki, yeni ştammlar bu gün hazırladığımız vaksinlərə tabe olurlar. Lakin bu proses gələcəkdə necə olacaq, yayılma prosesi baş verəcəkmi, bu, bilinmir. Mutasiyanın baş vermə tezliyi virusun yayılma səviyyəsindən asılıdır.

Bu gün pandemiyadır, daha çox insan virusa yoluxub. Virus öz-özünü yaradarkən müəyyən səhvlər verir və o zaman mutasiya yaranır. Əgər biz pandemiyanı söndürə bilsək, insanları peyvəndləmə işini total şəkildə təmin etsək, mutasiyaların baş vermə tempi azalacaq”.