-
- 12-02-2021, 19:08
- 672
12.02.2021 - Bu tarixdə doğulan və evlənənləri nə gözləyir?
12.02.2021...Həqiqətən də səslənəndə, qulağa çox maraqlı gəlir. Nədənsə bir çox insanlar da məhz bu cür tarixlərə, xüsusilə, qoşa rəqəmlərə həddindən artıq çox inanırlar. Hətta ən özəl günlərini - yəni nikah, toy, nişan, doğum tarixinə qədər bu təqvimdə gerçəkləşdirirlər.
Bəs, görəsən bu mistik rəqəmlər həqiqətən də insanların həyatlarına uğur gətirirmi?
News24.az olaraq kiçik bir araşdırma aparmaq qərarına gəldik.
Psixoloq Elnur Rüstəmov açıqlamasında bildirib ki, bu məsələ psixoloji pozuntudan qaynaqlanır: "Dünənə qədər hamiləliyi müəyyən etmək olmurdu, bu gün isə uşağın dünyaya gəlmə tarixini artıq valideyn qərar verir. Bir çox valideynlər də çalışırlar ki, övladları məhz uğurlu hesab etdikləri tarixdə doğulsunlar. Sadəcə olaraq müəyyən bir qrup insanlar var ki, onlar bu cür rəqəmləri vəsvəsə vəziyyətinə gətirib çıxarıblar. Daha aydın desək, təşviş pozuntusu yaşayırlar. Onlar bu cür rəqəmlərə, işarələrə böyük önəm verirlər və düşünürlər ki, bu, onların həyatında böyük rol oynayır. Məsələn, bəzi insanlar var ki, 13 rəqəmini qəbul etmir, hətta qorxurlar. Bacardıqları qədər 13-dən uzaq dayanmağa çalışırlar. Hotelə istirahətə gedəndə, 13 nömrəli otaqdan imtina edir və ya telefon nömrəsini alanda bu rəqəmi istəmirlər. Amma elə insanlarımız da var ki, 12 rəqəmini müqəddəs hesab edirlər. Ümumən onu deyə bilərəm ki, bu cür rəqəmlərin heç bir əhəmiyyəti yoxdur".
E. Rüstəmov onu da qeyd edib ki, əgər, bu cür hallar insanın həyat şəraitinə pis təsir göstərirsə, mütləq şəkildə psixoloqa müraciət edilməlidir: "Zaman keçdikçə bu hallar çoxalırsa, dərinləşirsə, həyat keyfiyyəti də aşağı düşür. Bu zaman onlar həm özlərinə, həm də ətraflarına böyük problem yaradırlar və hər şeyi psixoloji sarsıntıya çevirirlər. Əgər, bu proses güclənsə, mütləq psixoloq dəstəyinə ehtiyac olmalıdır".
Səadət sarayından isə bizə bildirilib ki, digər günlərdən nisbətən bu cür qoşa tarixlərdə nikaha daxil olmaq istəyən cütlüklərin sayı daha çoxdur. Bu gün üçün isə üç cütlük evlənmək üçün müraciət edib.
Ginekoloq Ülviyyə Qüdrətova qeyd edib ki, ana olmağa hazırlaşan xanımlar mistik tarixlərə inanmaq yerinə sağlamlıqlarını düşünsələr, daha məqsədəuyğun olar: "Bu cür tarixlərdə müraciət edən xanımların sayı adi günlərdən hər zaman daha çox olur. Bu gün üçün dörd keysəriyyə doğum həyata keçirmişəm və bunların hər biri planlı şəkildə baş tutub".
Sevda Bayramova