Bakıda qadın parkda qarət edilib
    • 12-02-2021, 13:12
    • 475

Bakıda qadın parkda qarət edilib

Bakıda parkda qadından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də saat 13 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini L.Cəfərovanın içərisində 800 manat, 400 ABŞ dolları və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Ramazanlı saxlanılıb.
Araşdırma aparılır.