-
- 13-02-2021, 13:28
- 774
Ayağını itirən qaziyə niyə 1-ci qrup əlillik verilməyib? - Nazirlikdən AÇIQLAMA
Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Həsənov Murad Teyyub oğluna əllik dərəcəsinin düzgün təyin edilməməsi ilə bağlı məlumatlar yayılıb.
News24.az xəbər verir ki, Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı qazi Həsənov Murad Teyyub oğlu Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı minaya düşərək bir ayağını itirib. Ona III qrup əlillik təyin edilib və bu, sosial şəbəkələrdə vətəndaşlar tərəfindən tənqid edilib. Sosial şəbəkə istifadəçiləri ayağın itirilməsinə görə qaziyə I qrup əlillik dərəcəsinin verilməli olduğunu bildiriblər.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yeniavaz.com-a açıqlama verilib və bildirilib ki, qaziyə III qrup əlilliyin təyin olunması Nazirlər Kabinetinin müvafiq əsasnaməsinin meyarlarına uyğundur:
"Vətən Müharibəsi iştirakçısı Həsənov Murad Teyyub oğlunun Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnaməsində “Partlayış travması (26.10,2020): sol baldırın orta 1/3-i səviyyəsindən travmatik
qорmаya görə aparılmış sol baldırın уuхаrı 1/3-i səviyyəsindən amputasiyası, güdül revizyonu (13. 11.2020) сərrаhi əməliyyatdan sоnrakı güdül” diaqnozu qeyd edilib. Nəzərinizə çatdırırıq ki, Həsənov Murada 3-cü dərəcə müddətsiz əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.4. baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası Z89.8,Z97.1) meyarına əsasən təyin edilib.
Qazimiz fevralın 15-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Murad Hüseynov yüksək texnologiyalı protezlə təmin ediləcək. Nəzərinizə çatdırırıq ki, Murad Həsənova Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildiyi üçün o, bu kateqoriyadan olan əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan yararlana biləcək".