Xuliqanlıq etdi SAXLANILDI - VİDEO
    • 15-02-2021, 13:11
    • 567

Xuliqanlıq etdi SAXLANILDI - VİDEO

Şəmkir RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan News24.az-a verilən məlumata görə, əvvəllər də sürücülük hüququ olmadan yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün inzibati qaydada həbs edilən rayon sakini Tural Hüseynov idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.  

Həmin şəxs barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.