-
- 3-02-2020, 16:49
- 796
“Qış fəslinin isti keçməsi, yayda anomal istləşmə olacağına dəlalət eləmir” Umayra Tağıyeva
“Fevral ayının 2-də müşahidə olunan havanın temperaturu ötən illin fevral ayının norma göstəricilərilə müqayisədə 3.7, 4 dərəcə yüksək olub”.
Bunu News24.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, qışda müşahidə olunan isti hava şəraitinin yayda gözlənilən istilərlə və ya havanın isti keçməsinə hər hansı təsiri yoxdur: “Çoxillik meteoroloji müşahidələrin təhlili göstərir ki, iki fəsil arasında birbaşa bağlılıq yoxdur. Elə illər olub ki, qış anomal isti keçib, yay da anomal isti olub. Yaxud qış sərin keçib, yay isti olub. İndi yay haqqında nə isə söyləmək düzgün olmaz. Dünya təcrübəsində belə uzun müddətə proqnozlar verilmir”.
U.Tağıyeva onu da əlavə edib ki, iqlim dəyişmələri insanların səhhətinə təsir göstərir: “Aparılan tədqiqatlar onu göstərir ki, son onillikdə nəinki Azərbaycanda, bütün dünya ölkələrdə iqlim dəyişikliyi baş verir. İqlimin dəyişməsi də sürətlə baş verir. Bu da özünü orta göstəricinin artımı ilə deyil, anomal hadisələrin daha tez-tez müşahidə olunması ilə göstərir. Ümumiyyətlə, Azərbaycanda qış fəslində istiləşmə daha çox baş verir, nəinki yay fəslində.
Xüsusən də bu özünü dağlıq və dağətəyi zonalarda daha çox göstərir. Toplanan qar örtüyünün hündürlüyü indi də azdır. Bu da su ehtiyatlarının azalmasına gətirib çıxarır. Bütün bu dəyişikliklər insanların səhhətinə mənfi təsir göstərir. Hər bir fəsil üçün onun səciyyəıvi iqlimi mövcuddur. O iqlimə insanlar uzun illər uyğunlıaşıblar. İstənilən bir fərq olanda da istər-istəməz insanlarda narahatlıq hissi yarada bilər. Bu səbəbdən də insanlar iqlim dəyişmələri zamanı diqqətli olmalı, səhhətləri ilə bağlı həkimlə məsləhətləşməlidirlər”.
Afaq Mirayiq