Bakıda küçədə kişi meyiti tapıldı
    • 17-02-2021, 13:42
    • 592

Bakıda küçədə kişi meyiti tapıldı

Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ərazisində 45-50 yaşlarında əynində qara gödəkçə və cins şalvar olan naməlum kişi meyiti tapılıb. 

DİN-dən News24.az-a verilən məlumata görə, müayinələr zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Onun əlamətləri belədir: Arıq bədən quruluşlu, saçları ağ, gözləri qara rənglidir. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə (012) 432-30-28 şəhər və (055) 284-50-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.