İtkin düşən 59 yaşlı qadın axtarılır
    • 11-02-2021, 11:34
    • 450

İtkin düşən 59 yaşlı qadın axtarılır

Sumqayıt şəhərində yaşayan 1962-ci il təvəllüdlü Təranə Bəylərova 2020-ci il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, evdən çıxarkən əynində göy rəngli qış gödəkçəsi, qara şalvar, ayağında çəkələk olub. 
Onun əlamətləri belədir: Boyu təxminən 150 sm.,  ağ qısa saçlı, arıq bədən quruluşlu, gözləri şabalıdı rənglidir. 

Şəkildə gördüyünüz qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə    (+99418) 654-02-02 şəhər və (055) 277-20-07 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.