-
- 17-02-2021, 15:51
- 2 232
"O, mənə gülməyi belə yasaqladı" - KAMİLƏ BABAYEVA - VİDEOMÜSAHİBƏ
"Ən zəif bənd sizsiniz, xudahafiz"... Bu sözləri yəqin çoxunuz xatırlayırsınız.
İllər öncə "Lider" Televiziyasında yayımlanan "Zəif bənd" verilişində səslənən bu ifadələri aparıcı Kamilə Babayevadan eşidirdik. O, özünəməxsus, amiranə tərzdə dediyi bu sözlərlə yaddaşımızda iz salmışdı. Sonradan bir çox layihələrlə gündəmə gəldi. Gah ATV-nin "5-ci element"i oldu, gah da bizə AzTV-də "Görüş yeri" təyin elədi.
Amma son zamanlar gözə dəymir. Sanki media müstəvisindən çəkilib. Bu səbəbdən onu aradıq, həmsöhbət olduq. İşindən, layihələrindən, ailəsindən, qızından və köhnə illərdən danışdıq.
Kamilə Babayevanın News24.az-a verdiyi müsahibəni təqdim edirik:
- Uzun müddətdir efirdə görmürsüz. Bunun səbəbi nədir?
- Mənim bir xasiyyətim, layihə bitən kimi həmin dəqiqə o birinə keçmirəm. Yəni efir başqaları kimi mənə hava, su kimi gəlmir. Heç vaxt düşünmürəm ki, “verilişim bitdi, ay aman, unudulacam”. Xeyr. Elə bir dərdim yoxdur. Kameranın önündə olmaq, bu, mənim işimdir. Bacardığım qədər də işimə peşəkarcasına yanaşıram. Amma işim yoxdursa, özümü narahat hiss etmirəm, əksinə dincəlirəm, çox rahat oluram. Azərbaycan Dövlət Televiziyasında (AzTV) qısa müddətli də olsa, veriliş apardım. “Görüş yeri” layihəmi çox sevirdim. Amma pandemiyanın tüğyan elədiyi dönəmdə onu dayandırmaq məcburiyyətində qaldıq. Çünki, verilişin formatı tamaşaçı və qonaqlar tələb edir. Bu da o zaman üçün mümkünsüz idi. Düşünürdük ki, müvəqqəti ara verək, yenidən – sentyabrdan davam edərik. O zaman da İkinci Vətən müharibəsi başladı. Hər birimiz 44 günlük müharibənin uğuru ilə yanaşı həyəcanını yaşadıq. Bir gözümüz sevincdən güləndə o biri ağlayırdı. Mənim çalışdığım sfera isə daha çox əyləncə meylllidir. Təbii ki, bu da o dövrlə səsləşmirdi. Düzdür, gülmək də, nikbin olmaq da lazımdır. Çünki hər qaranlıq gecənin bir işiqlı sabahı var. Amma yenə də bir qədər fasilə verməyi məqsəduyğun bildim. Ona görə bir qədər efirdən uzaq qalmağın daha doğru olduğunu düşündüm. Çünki hər zaman həyata keçirdiyim layihələrin çox üstün, çox peşəkar olmasına can atmışam. Efirdə görünmək xatiriə bəsit, alayarımçıq iş görmək mənə görə deyil. Həm də qızım ikinci sinifdə oxuyur. Onun onlayn dərsləri vardı. Bu səbəbdən də evdə olmağım gərəkli idi.
- Onlayn təhsil dediniz, bir valideyn kimi siz bunun öhdəsindən necə gəlirdiniz?
- Nə yalan deyim, çox çətin idi. Hər gün eyni problemlərlə qarşılaşmaq bizi bir az yorurdu. Parolların yazılması, virtual anlaşma, internet problemləri bir qədər çətinlik yaradır. Amma zaman keçdikçə, düzəldi. Məncə, bu vəziyyətdən müəllimlər də təngə gəlmişdi. Nə yaxşı ki, bizim balaca bu məsələyə tez adaptasiya olundu. Qızım öz parollarını bilir, səhər yuxudan durub planşetini qabağına qoyub dərslərini oxuyurdu. Yəni mənim müdaxiləmə çox ehtiyac yox idi. Bəzən elə olurdu ki, elə bil o, mənim anamdır, mən onun balası. Çünki səhər saat 8-də dərsə başlayırdı. Amma mən saat 10-un yarısı dururdum. Çalışırdım ki, otağın qabağından ehtiyatla keçim, fikri yayınmasın. O da dəhlizdən məni görüb uzaqdan böyüklərsayaq bir öpüş göndərib dərsinə davam eləyirdi. Adətən biz görmüşük ki, ana baladan tez oyansın, bizdə isə əksinə olurdu. (gülür) Sizə bir söz də deyim, uşaqlar artıq onlaynı sevməyə başlayıblar. Düzdür, bu, heç də yaxşı hal deyil. Amma qızım deyir, “belə daha rahatdır. Forma geyinmirəm, saçımı hörmürəm, çölə çıxıb üşümürəm”. Qəribə mənzərə yaranıb, və bu, məni heç sevindirmir.
- Sizi əyləncəli, şən biri kimi tanıyırıq. Bəs, ana Kamilə Babayeva necədir? Əyləncəli, yumşaq, yoxsa sərt, tələbkar?
- Mən hər zaman onunla rəfiqə olmağa çalışmışam. Şirin dillə danışıram, amma lazım gələndə səsimi də ucaldıram. Yəni, dəcəl olmasına, sərhəddi aşmasına imkan vermirəm. Ümumiyyətlə, tərbiyəsiz uşaqları sevmirəm. Qızıma müəyyən dərəcədə azadlıq verirəm. Onsuz da hər birimiz böyüdükcə, azadlığımız azalır. Ancaq kiçik yaşlarımızda istədiklərimizi edə bilirik. Məsələn, uşaq istənilən adama deyə bilər ki, “mənim səndən xoşum gəlmir”. Bu, normaldır. Çünki o, hələ həyatı tam dərk eləmir. Amma böyüdükcə, hər şey fərqli olur, çərçivələnirik. Xüsusilə də bu qaydalar qız uşaqlarına daha çox şamil olunur. Buna görə də qızlarımıza həyatda özlərini tapmaq çox çətin olur. Valideynləri onları ancaq ailə həyatı qurmağa yönəldirlər. Düzdür, ailə çox vacibdir, amma ondan öncə də bizim öhdəliklərimiz var. Qız uşağı savadlı, təhsilli olmalıdır. Öz sözünü, fikrini sağlam şəkildə deməyi bacarmalıdır. Əka halda qadınlara, qızlara təpkilər, basqılar çox olur. Nə pis haldır ki, son zamanlar qadına şiddət halları artıb. Bu da qadınlarımızın zəifliyindən irəli gəlir. Çünki, vaxtında ona təhsil verilməyib. Gəlin gedən qızlarımıza hər zaman deyirlər ki, ərə getdiyin ocaqdan ata evinə qayıtmaq olmaz. Yaxud da müəyyən qadağalar qoyurlar. Beləliklə də, bunların axırı faciə ilə sonlanır. Çox istərdim ki, qız övladlarımız savadlı, təhsilli, gözüaçıq olsunlar. Bu düşüncələrimə gözə bəzən deyirlər ki, qızımla çox yumşağam, amma elə deyil. Natella səhv edəndə ciddi danlanır. Sizə bir əhvalat danışım, deməli, bu günlərdə qızım məktəbdə sinif yoldaşlarından birinin xoşuna gələn əşyasını evə gətirib. Özü də mənə deyir ki, mən “piratlıq” elədim. Mən onun əlində bu yad əşyanı görəndə dəli oldum. Dedim ki, bu səndə hardandır? Qayıtdı ki, gördüm, xoşuma gəldi, qızın stəkanı yerə düşdü, o əyilib onu götürənə qədər mən bunu alıb qaçdım. İnanın, bunları eşidəndə bilmədim nə edim. Dedim ki, “sən hələ uşaqsan, buna görə səni danlamayacağam, amma qətiyyən belə şeylər eləmək olmaz. Sabah aparıb bunu sahibinə geri qaytar”. Mənə dedi ki, “niyə, axı mənim bundan xoşum gəldi”. İzah elədim ki, bu həyatda bizim çox şeydən xoşumuz gələ bilər, amma bu o demək deyil ki, hər xoşumuza gələn şeyi götürməliyik, başqasının əşyasını evə gətirməliyik. Gördüm ki, danlağım xoşuna gəlmədi, “Yaxşı da, daha oldu keçdi” deyib mövzunu dəyişdi. Amma buna rəğmən, səhər həmin əşyanı sahibinə qaytardı. Evə gələndə əminlik üçün bir də soruşdum. Dedi, hə, qaytardım, hələ mənə “sağ ol” da dedi. Yəni bu danlağım, qınağım ona doğru-yanlışı ayırd eləməyi başa saldı. Amma onunla çox əyləncəli məqamlarımız da olur. Çox vaxt müxtəlif oyunlar oynayırıq. Natella bundan çox zövq alır, deyir, “sən dünyanın ən yaxşı anasısan”. Mən bu yaxınlığımızı, rəfiqəliyimizin sərhəddini anlamasına da çalışıram. Çünki bəzən oyunlarımızdan sonra mənə yaşıdı kimi davranır. Bu zaman ona xatırladıram ki, mən sənin ananam. Deyir ki, bəs axı, sən bayaq mənimlə oyun oynayırdın?! Ona görə də münasibətləri elə tənzimləmək lazımdır ki, nə şiş yansın, nə kabab.
- Qızınız demiş, "dünyanın ən yaxşı ana"sı olmağınıza Natella səbəbkar olub. Bəs, aparıcı kimi formalaşmağınızda “ABA TV” nin rolu olduğu fikrinə münasibətiniz necədir? Çünki deyirdilər ki, o televiziya indi fəaliyyət göstərsəydi, bütün telekanalları üstələyərdi.
- Bəli, elədir. “ABA”da çox böyük peşəkar mühit vardı. Sanki o televiziya ən yaxşılarını, ən bacarıqlılıları bir araya toplamışdı. Hətta o zamanlar televiziya işçiləri ilə bağlı artıq müəyyən planlar var idi. İşçilər üçün torpaq sahəsi ayrılmışdı, evlər tikiləcəkdi, həmin əməkdaşların uşaqları üçün bağçalar, məktəblər açılacaqdı. Çox təəssüf ki, biz o günləri görmədik, amma həqiqətən də biz ulduz həyatı yaşayırdıq və əlçatmaz idik. Orda iki aparıcı idik. Bizə hər çür şərait yaradılmışdı. Hətta kosmetikalarımız belə hər kəsdən ayrı və fərqli idi. Başqalarının istifadə elədiyini biz forsla kənara atırdıq ki, bunu işlətmərik. Yəni bu qədər müştəbeh olmuşduq. Çünki uşaq idik, çox şeyi dərk eləmirdik. Eyni zamanada məşhur olmaq istəyirdik. Bizə maraqlı gəlirdi ki, görəsən, metroda, yolda-izdə tanınırıq? Çünki “ABA”da bizə metrodan istifadə etməyi qadağan etmişdilər. Rəhbərlik əlçatmaz olmağımız üçün hər aparıcıya avtomobil ayırmışdı. Bir dəfə hər kəsdən gizli işə metro ilə gəldim. Sonradan rəhbərlik bunu bildi, məni otağa çağırdılar ki, niyə belə eləmisən. Dedim, neynəyim axı? Mən bilməliyəm bu camaat məni tanıyır, ya yox?! (gülür).
- Fəaliyyətiniz dövründə ən uğurlu layihələrinizdən biri “Zəif bənd” idi. Sizi tam fərqli rakursdan göstərdi. Sərt və açıqsözlü...
- Bəli. Bu layihə ən ağır və çətin verilişim idi. Əyləncəli, şou proqramların siması olduğuma görə heç kim belə bir veriliş apara biləcəyimə inanmırdı. Layihənin rejissoru Vüqar Vəliyev məni qarabaqara izləyirdi. Dəhlizdə güldüyüm yerdə birdən arxadan yaxınlaşıb deyir ki, “heç kim bilməməlidir ki, gülən sənsən”. Buna görə çox hirslənirdim. O deyirdi ki, sən onsuz da şən və gülərüzsən. Amma bu layihəyə başlamısansa, fərqli görünməlisən, dəyişməlisən. Hər verilişdən qabaq mənə deyirdi ki, çoxlu gül, sonra çəkiliş meydançasına gir. Söz saatına çəkər, elə o gün Vüqar müəllimlə görüşdük. Yadıma saldı ki, “Kamilə, sən o çətin layihədə hər şeyin öhdəsindən gələ bilirdin, amma ən asanını - göz vurmağı bacarmırdın. Biz iki ay sənə göz vurmağı öyrətdik”.
- Sizdən sonra bu verilişi Solmaz Süleymanlı apardı. Sizcə, bu aparıcıdan sonra proqram uğurunu itirdi?
- İnanın ki, baxmamışam. Çünki o ərəfələrdə mən Bakıda deyildim. Ona görə də yaxşı, yoxsa pis olması haqda heç bir söz deyə bilmirəm. Amma o xanımla aktyor dostlarımızın birinin toyunda qarşılaşmışıq. Onu tanımırdım, gördüm, bir nəfər yaxınlaşdı, dedi ki, “salam, mən “Zəif bənd”i aparıram, məni tanıdınız?” Mən də təəccübləndim, sonra gülüb “lap yaxşı, xeyirli olsun” dedim.
- Peşəkar teleaparıcısınız. Sizi toylara getməyə nə məcbur edir, maddiyyat, yoxsa ziyafətlərdə görünmək istəyi?
- Uzun illər öncə toylar tam fərqli şəkildə keçirilirdi, indi isə böyük konsert kimi baş tutur. Əvvəllər şənlikdə “tamada” olurdu. Bu məclisləri də idarə edənlər kişilər idi. İndi isə onları aparıcılar əvəzləyir. Əgər bir ailə öz toyunda səni görmək istəyirsə, burada pis bir şey yoxdur. Əksinə, çox gözəldir. Mənim üçün bu iş maddiyyatdan daha çox mənəvi baxımdan önəmlidir.
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov