Baş nazirlərin görüşünün GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ
    • 18-02-2021, 19:24
    • 496

Baş nazirlərin görüşünün GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycanda olacaq. Paytaxt Bakıda IX Türkiyə-Azərbaycan-Gürcüstan Üçlü Xarici İşlər Nazirləri Toplantısı keçiriləcək. Türkiyənin xarici işlər nazirinin səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcəyi və ölkə başçısı İlham Aliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Üçlü Xarici İşlər Nazirləri Toplantısında Gürcüstandan ölkənin baş nazir müavini və xarici işlər naziri David Zalkaliani olacaq. M.Çavuşoğlu D.Zalkaliani ilə də ikitərəfli görüş keçirəcək.

Politoloq Cümşüd Nuruyev üçtərəfli görüşün detallarını News24.az-a danışıb.


O bildirib ki, görüşün əsas məqsədi üçlü platforma yaratmaqdır:

“Bu, ilk görüş deyil. Türkiyə uzun müddətdir çalışır ki, həm Gürcüstanı, həm də Azərbaycanı bir arada tuta bilsin. Buna nail olduğunu da deyə bilərik. Burada həm türk, həm də xristian dövləti olan Gürcüstan var. Hər üçü Ermənistanı əhatə edən dövlətlərdir. Bu dövlətlərin bir arada olması Ermənistanı məkrli siyasətindən əl çəkməyə vadar edir. Bəzi hallarda öz effektini verdiyini də görmüşük. Gürcüstanın müharibə dönəmində beynəlxalq hüquqa hörmət etməsi Ermənistanı da bir qədər ağıllandırdı. Eyni zamanda bu, Rusiyanın Qafqazdakı alternativ siyasətini formalaşdırmağa kömək edir. Çünki Rusiyanın burada tam partnyoru Ermənistandır. Amma Azərbaycanla hələ ki, səmimi davranmır. 


Rusiya pərdəaxrası başqa siyasət aparır. Bütün hallarda yenə də Ermənistanın yanındadır. Gürcüstanla Rusiyanın çox ciddi problemləri var. İstər Cənubi Osetiyada, istərsə də Abxaziyada. Türkiyənin bu məsələdə öz maraqları var. Ərdoğanın laz olduğunu nəzərə alsaq, deyə bilərik ki, o da özünün ata-baba vətənini həm Azərbaycanı, həm də Gürcüstanı da öz yanında görmək istəyir. Təbii ki, bu, Rusiya üçün də siyasi alternativ yaradacaq. Bundan başqa, Gürcüstan Azərbaycan və Türkiyə arasında keçid rolunu oynamaqla bərabər birləşdirici dövlətdir. Torpaq olaraq Azərbaycan və Türkiyəni hələ ki Gürcüstan birləşdirir. Bu dəqiqəyə qədər Azərbaycanın bütün meqa layihələri Gürcüstan üzərindən həyata keçirilir”. 

Məhərrəm ƏLİYEV