Vaksin vurduran saxta “nənə”lər
    • 21-02-2021, 12:32
    • 469

Vaksin vurduran saxta “nənə”lər

Florida ştatında iki xanım ikinci doz koronavirus peyvəndi almaq üçün özlərini yaşlı qadın olaraq göstəriblər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Floridanın “Orange County” səhiyyə departamentinin direktoru Raul Pino cümə axşamı keçirdiyi brifinqdə bildirib ki, “dünən iki qadın ikinci vaksin dozasını almaq üçün “nənə” cildində girdiyi aşkarlanıb”. 


Qadınların ikisinin də saxlanındığını bildirən Pino, “birinci dozanı necə aldıqlarını bilmirəm” sözlərini vurğulayıb.


Qeyd edək ki, Florida və eləcə də ABŞ-ın bir çox ştatında hazırda səhiyyə işçiləri və sığortası olanlardan başqa vaksin dozası haqqı olan insanlar sadəcə 65 yaşdan yuxarı şəxslərdir.