Prezidentin xüsusi nümayəndəliklərində bəzi yeni vəzifələr yaradıldı
    • 22-02-2021, 13:54
    • 398

Prezidentin xüsusi nümayəndəliklərində bəzi yeni vəzifələr yaradıldı

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri inzibati vəzifələrin üçüncü təsnifatına daxil edilib. 

News24.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.