-
- 22-02-2021, 16:50
- 585
"Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir" - Umayra Tağıyeva
"Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Lakin bu dəfə Arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək, Azərbaycanı əhatə edəcək. Hazırda Mərkəzi Rusiyada havanın temperaturu normadan 10-15 dərəcə aşağı olmaqla 25-30 dərəcə şaxta qeydə alınır".
News24.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir: "Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq.
Mərkəzi Rusiya üzərində olan antisiklonda atmosfer təzyiqi 780 mm civə sütunu təşkil edir. Atmosfer təzyiqinin Bakıda xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq. Bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı gözlənilir. Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir. Qışın bu soyuq və əlverişsiz gününə hazırlıqlı olaq".