Bakıda yanğına görə tıxac yarandı
    • 22-02-2021, 18:30
    • 355

Bakıda yanğına görə tıxac yarandı

Bakının Həsən bəy Zərdabi küçəsində metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın baş verdiyindən hadisə yerinə yanğınsöndürmə avtomobilləri cəlb olunub.

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda hadisə baş verən ərazidə həmin yerdə H.Zərdabi küçəsində hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən bu istiqamətdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında da gecikmələr yaranıb.