Bakıda 24 yol-nəqliyyat hadisəsi baş verib
    • 24-02-2021, 10:36
    • 442

Bakıda 24 yol-nəqliyyat hadisəsi baş verib

Gecədən bu saata qədər Bakıda 24 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə News24.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub, ölən və yaralanan olmayıb.