-
- 24-02-2021, 18:37
- 576
“Xocalı soyqırımını beynəlxalq terrorçular həyata keçirdi” - RUSİYALI POLİTOLOQ
Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Artıq dünya getdikcə bu həqiqəti qəbul edir.
Bu haqda fikirlərini News24.az-la paylaşan tanınmış rusiyalı politoloq Oleq Kuznetsovun fikrincə, azərbaycanlıların Xocalıda soyqırıma məruz qalması sadəcə, BMT-nin 1950-ci ildə qəbul olunan Nürnberq prinsiplərinə uyğun olaraq dünya və insanların təhlükəsizliyinə qarşı cinayət deyil. Bu, eyni zamanda terror cinayətləri aysberqinin zirvəsidir: “Bu soyqırımı Dağlıq Qarabağın erməni separatçılarının qanunsuz silahlı birləşmələri, eləcə də 366-cı motoatıcı alaydan olan qiyamçı sovet hərbçiləri tərəfindən törədilib. Bu isə Rusiya və beynəlxalq cinayət hüququ ilə terrorçuluq istiqamətində cinayət sayılır".
Politoloqun sözlərinə görə, Xocalı soyqırımı beynəlxalq terrorçular tərəfindən həyata keçirilib: “Ona görə də bu cinayət ikiqat, hətta üçqat cəzalandırılmalıdır”.
Kuznetsov bildirib ki, bu cinayətə görə bütün hüquqi və mənəvi məsuliyyət erməni tərəfinin üzərinə düşür: “Bu cinayətə görə birinci növbədə 2000-2018-ci ildə Ermənistanda hakimiyyətdə olan siyasi rəhbərlər məsuliyyət daşıyır. Mən Qarabağ klanını nəzərdə tuturam. Ermənistanın iki eks prezidenti Robert Köçəryan və Serj Sərkisyanı. Onlar Dağlıq Qarabağda separatçıların qeyri-qanunu silahlı birləşmələrinin döyüş komandirləri idilər. Xocalı cinayətinin zərbə qüvvələri isə erməni hərbi birləşmələri tərkibindəki xarici hərbi muzdlular idilər. Bunlar Yaxın Şərq ölkələrindən olan etnik ermənilər idilər".
Rusiyalı politoloq bildirib ki, ABŞ vətəndaşı olan, Berkli Universitetini bitirən və uzun müddər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində işləyən etnik erməni Monte Melkomyan soyqırımı aktının əsas təşkilatçılarından biri olub: “Bu, elan olunmamış terror müharibəsi idi. Beynəlxalq ictimaiyyət bu müharibəni eməni muzdluları və terrorçular vasitəsilə Azərbaycana qarşı aparırdılar. Bununla onlar Azərbaycanın enerji resurslarına çıxış əldə etmək istəyirdilər. Xoşbəxtlikdən əvvəlcə Heydər Əliyevin, sonradan isə İlham Əliyevin simasında Azərbaycan öz suverenliyi üzərində ötən əsrin 90-ci illərindən başlayan və 21-ci əsrin ilk onilliyində müşahidə olunan bütün nəzarət cəhdlərini aradan qaldıra bildilər".
Politoloq onu da qeyd edib ki, Xocalı soyqırımı beynəlxalq aləmin müyyən hissəsi tərəfindən Azərbaycan əleyhinə fəaliyyətin kuliminasiya nöqtəsi idi. Onlar bu cinayətə görə siyasi və hüquqi məsiliyyət daşımalıdırlar”.
Rəna Hacıyeva