"Xocalı faciəsini ürəyimizdə yaşayırıq" - ŞENTOP
    • 25-02-2021, 12:15
    • 449

"Xocalı faciəsini ürəyimizdə yaşayırıq" - ŞENTOP

“Bu vəhşiliyi qanuniləşdirməyə çalışan əli qanlı qatillər qanun və tarix qarşısında cavab verənə qədər mübarizəmizi davam etdirəcəyik”.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop parlamentdə Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən foto və rəsm sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.

“Xocalı soyqırımını dünyaya çatdırmaq, haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır”, deyə çıxışına əlavə edən Mustafa Şentop nitqini belə davam edib: "Bəşəriyyət tarixində qara ləkə olan Xocalı faciəsini ürəyimizdə yaşayırıq. Azərbaycan 44 günlük Vətən müharibəsində günahsız insanları hədəf almayıb. Türkiyə bundan sonra haqlı mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”.