Gürcüstan müxalifəti sabahdan genişmiqyaslı AKSİYALARA BAŞLAYACAQ
    • 25-02-2021, 13:32
    • 447

Gürcüstan müxalifəti sabahdan genişmiqyaslı AKSİYALARA BAŞLAYACAQ

Gürcüstan müxalifəti sabahdan genişmiqyaslı etiraz aksiyalarına başlayacaq.

Bu barədə müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Zaal Udumaşvili bildirib.
Onun sözlərinə görə, müxalif partiyaların nümayəndələri bu gün “Vahid Milli Hərəkat” partiyasının baş qərargahında toplanaraq fəaliyyət planı barədə müzakirə aparacaqlar.

Bildirilib ki, aksiyaların müxalifətin tələbləri qəbul edilənədək davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, Gürcüstan müxalifətinin hakim partiyadan üç tələbi var. Bunlar müxalif liderlər Nika Melia və Giorgi Ruruanın həbsdən azad edilməsi, erkən parlament seçkilərinin keçirilməsi və ölkənin Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsidir. /APA/