-
- 25-02-2021, 16:27
- 729
Sabah Bakıda 7 avtobusun yolu müvəqqəti dəyişdirilir
26 fevral Xocalı soyqırımının 29-cu ildönümü günü Xətai rayonu Xocalı prospekti “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək anım tədbiri ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti də müvəqqəti olaraq dəyişdiriləcək.
BNA-dan News24.az-a verilən məlumata görə, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edir. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.
Dəyişiklik 26.02.2021-ci il səhər saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.