Azərbaycan Prezidenti: "Xocalı soyqırımı Ermənistan faşizminin təzahürüdür"
    • 26-02-2021, 11:09
    • 384

Azərbaycan Prezidenti: "Xocalı soyqırımı Ermənistan faşizminin təzahürüdür"

“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq”.

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı Xocalı soyqırımını törədənlərin bir hissəsinin 44 günlük müharibədə məhv edildiyini bildirib.

Ölkə başçısı qeyd edib ki, Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi: “1992-ci ildən son hadisələrə qədər Ermənistan faşizmi Azərbaycan xalqına böyük zərbə vurub. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, ikinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması onların xislətinin təzahürüdür”.