İlham Əliyev: "Ermənistanın hərbi cinayətləri sənədləşdirilib"
    • 26-02-2021, 11:18
    • 560

İlham Əliyev: "Ermənistanın hərbi cinayətləri sənədləşdirilib"

"Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır. 10-dan çox ölkə bu hadisəni rəsmi olaraq soyqırım kimi qəbul edib və təsdiq edib. Bu proses davam etdirilir". 

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Ölkə başçısı qeyd edib ki, Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib: "Bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırıma məruz qalıb".