Prezident:
    • 26-02-2021, 11:14
    • 441

Prezident: "Xocalı soyqırımını törədənlər Azərbaycan Ordusu tərəfindən məhv edildi"

“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib". 

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı "44 gün davam edən İkinci Qarabağ Müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək Xocalı qurbanlarının qanını da aldıq", deyə qeyd edib: "Azərbaycan heç bir zaman imkan verməz ki, erməni faşizmi yenidən baş qaldırsın".