"Kədər nədir?" - AİSELDƏN ŞƏHİDLƏRİN XATİRƏSİNƏ LAYİHƏ - VİDEO
    • 26-02-2021, 16:04
    • 673

"Kədər nədir?" - AİSELDƏN ŞƏHİDLƏRİN XATİRƏSİNƏ LAYİHƏ - VİDEO

Müğənni Aisel müəllifi olduğu "Kədər nədir?" adlı yeni mahnısını təqdim edib.

News24.az xəbər verir ki, ifaçı sözügedən layihəsini şəhidlərimizə həsr edib. "VarYox" ictimai təşkilatı ilə əməkdaşlıq quran Aiselin mahnıya çəkdirdiyi musiqili videoda İkinci Vətən müharibəsinin hadisələri yer alıb.

"Kədər nədir"in aranjıman və səs yazısı isə Emin Kərimə (STKHA) məxsusdur.

Kompozisiyada Xəyyam Məmmədovun ifasında kamança, Orhan Hüseynlinin ifasında Vagif Kəhrizlinin sözlərinə muğam parçalarıda istifadə edilib.

Lahiyənin Art direktoru Sitarə İbrahimbəylidir.  Videonun Mmontajı Dadaş Musayevə, Yura Jalinə aiddir.  Operator Azad Alidir.

Klipdə istifadə olunan vizuallar isə Sitarə İbrahimbəyli, Mələk Bayramlı, Famil Mahmudbəyli, Ümid Bektaş (Reuters), İvor Priket (New York Times), Bulent Kılıc (AFP və Getty Images), Report İnformasiya Agentliyinə məxsusdur.