Dövlət başçısı rusların Dağlıq Qarabağda əbədi qalmasını istəmir - POLİTOLOQ
    • 26-02-2021, 16:53
    • 380

Dövlət başçısı rusların Dağlıq Qarabağda əbədi qalmasını istəmir - POLİTOLOQ

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu mətbuat konfransını şərh edib.

O bildirib ki, gərəkli mətbuat konfransı idi və 3 ay ərzində xeyli sual yığılmışdı: "Prezidentin verdiyi cavablar həmin məsələlərə aydınlıq gətirdi. Bəlli oldu ki, dövlət başçısı Rusiya hərbçilərinin Dağlıq Qarabağda əbədi qalmasını istəmir, 5 ildən sonra vəziyyətə uyğun qərar veriləcək, Kəlbəcər işğaldan azad olunandan sonra Bakı Türkiyənin Ermənistanla sərhəddi açmasına etiraz etməyəcək, halbuki Ankaranın özünün də İrəvana şərtləri var, bu gün işğal altında olan Xocalıya və separataçıların işğalda saxladığı digər ərazilərə də qayıdacağıq, ancaq bir qədər zamana ehtiyac var. 

Əsas odur ki, zamandan düzgün istifadə edə bilək. Laçın dəhlizi üzərindən sərhədin nəzarətə götürülməsiylə Dağlıq Qarabağda yerdə qalan separatçıların tərksilah olunması da əsas hədəflərimizdən olmalıdır".