Suraxanıda Xocalıdan məcburi köçkün düşənlərlə görüş keçirildi
    • 26-02-2021, 18:51
    • 318

Suraxanıda Xocalıdan məcburi köçkün düşənlərlə görüş keçirildi

Bu gün Xocalı faciəsinin ildönümü ilə əlaqədar Xocalı şəhərindən məcburi köçkün düşərək, Suraxanı rayonunda məskunlaşmış 33 ailə ilə Rayon İcra Hakimiyyətində karantin rejiminin müvafiq qaydalarına riayət etməklə görüş keçirilib və onlara ərzaq yardımı paylanıb.

News24.az xəbər verir ki, həmçinin, soyqırım zamanı qətlə yetirilən 613 Xocalı sakininin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində 613 ağac əkilib.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, müavinlərin, RİHBA-nın şöbə müdirlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, rayonun idarə və müəssisələrinin kollektivlərinin, həmçinin, Xocalı şəhərindən məcburi köçkün düşərək, Suraxanı rayonunda məskunlaşmış sakinlərin, Vətən Müharibəsi iştirakçılarının və həlak olmuş şəhidlərin ailə üzvlərinin, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası rayonun Əmircan qəsəbəsi, Balandin küçəsində yol kənarında və Park küçəsində abadlaşdırılmış yeni parkın ərazisində, Qaraçuxur qəsəbəsi, Neftçilər parkında təşkil olunub.

Vətən Müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalmış Ceyhun Mustafazadənin atası, Xocalıdan məcburi köçkün Şükür Mustafayev də ağacəkmə aksiyasında iştirak edib.