22 məcburi köçkün ailəsi acınacaqlı vəziyyətdə yaşayır - VİDEO
    • 13-12-2019, 15:40
    • 856

22 məcburi köçkün ailəsi acınacaqlı vəziyyətdə yaşayır - VİDEO

22 məcburi köckün ailəsi artıq 26-ildir ki, 6 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində əziyyət içərisində yaşayırlar.

News24.az xəbər verir ki, məcburi köckün ailələrinin yaşadığı üçvan Səbail rayonu Aydın Məmmədov küçəsi 22/24 yerləşir.

Mövcud vəziyyətlə bağlı sakinlərin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdikləri müraciətlərə baxmayaraq dəyişən heçnə olmayıb: “Dəfələrlə müraciətlər etmişik, dəfələrlə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qəbullarda olmuşuq. Hər dəfə deyirlər ki, növbəti mərhələdə köçürüləcəksiz amma dəyişən heçnə yoxdur”.

“Qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı məlumatımız var. Sözügedən sakinlərin növbəti mərhələdə, çox güman ki, aprel ayında köçürüləcəyi gözlənilir”. Bu sözlər sakinlərin gələcək aqibəti ilə bağlı sualımıza cavab verən  Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyevə məxsusdur. /Baku.tv/