Paşinyanın istefası üçün növbəti mitinq keçiriləcək

Paşinyanın istefası üçün növbəti mitinq keçiriləcək Dünya
Yerevanda müxalif "Vətənin Qurtuluş Hərəkatı"nın tərəfdarları növbəti mitinq üçün Baqramyan prospektində parlamentin binası ilə üzbəüz səhnə qurmağa başlayıblar.

News24.az
TASS-a istinadən xəbər verir ki, prospektdə hərəkət əngəllənib. Aksiyanın keçirildiyi ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş növbətçilik vəziyyətindədir.

Səhər saatlarından başlayaraq isə meydana birlik liderləri də daxil olmaqla müxalifətin yeni tərəfdarları gəlməyə başlayıb.