Yerevandakı mitinqə 10 min etirazçı gəldi
    • 27-02-2021, 16:49
    • 622

Yerevandakı mitinqə 10 min etirazçı gəldi

Ermənistanın baş naziri Nikol Paşinyanın 10 minə yaxın əlehdarı Yerevanda parlamentin qarşısındakı mitinqə qatılıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, etirazçılar Baqramyan prospektindən Milli Məclis istiqamətində olan hissəni zəbt ediblər. 

Etirazçılar Nikol Paşinyanın istefa etməsi və prezidentin Baş Qərargah rəhbərinin istefası ilə bağlı baş nazirin qərarını imzalamaması üçün tələblər edirlər.

Polis ərazidə baş verənlərə müdaxilə etmir.