"Qızıl Qlobus"un sahibləri BƏLLİ OLDU
    • 1-03-2021, 11:06
    • 565

"Qızıl Qlobus"un sahibləri BƏLLİ OLDU

ABŞ-da 78-ci "Qızıl Qlobus" Mükafatları öz sahiblərini tapıb. 

News24.az xəbər verir ki, "Ən yaxşı dramatik film" nominasiyasında "Köçərilərin diyarı" qalib gəlib. Dram kateqoriyasında "Ən Yaxşı Aktrisa" mükafatı "ABŞ Billi Holideyə qarşı" filmindəki roluna görə Andra Day layiq görülüb.

Bir müddət öncə xərçəng xəstəliyindən dünyasını dəyişən aktyor Çedvik Bozeman "Ma Rayney: Bluzun anası" filminə görə dram janrında "Ən yaxşı aktyor" seçilib. 

"Ən yaxşı komediya filmi" Ceyson Valnerin "Borat 2" filmi olub. 

Ötən ilin "Ən yaxşı ssenari müəllifi" "Çikaqo yeddilisinin məhkəməsi" filminə görə Aaron Sorkin seçilib.

"Ən yaxşı mini serial" "Kraliçanın qambiti", "Ən yaxşı dram serialı" "Tac" və "Ən yaxşı komediya serialı" adına "Şits Krik" layiq görülüb. 

"İkinci plan rol" nominasiyalarını Daniel Kaluuya və Cudi Foster qazanıb.

"Ən yaxşı xarici dildə film" nominasiyası Koreya əsilli amerikalı rejissor Li İsak Çunun "Minari", "Ən Yaxşı Animasiya Filmi" adı isə "Ruh"a verilib.